Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
11 İyun , 2019

 

              Nəsiminin 650 illiyinə həsr olunmuş ədəbi-musiqili tədbir.

         22 may 2019-cu il tarixində Lerik rayon Mərkəzi Kitabxana Sisteminin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiynə həsr olunmuş tədbir keçirildi.

        Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Arzu xanım Vəliməmmədova, ziyalılar, mədəniyyət müəssisələrinin kollektivləri, məktəblilər iştirak edirdilər. Qonaqlar öncə “Nəsimi- 650” guşəsində sərgilənən kitablara və digər şair və yazıçıların əsərlərindən ibarət sərgiyə baxış keçirdilər.

        Tədbirə aparıcılıq edən Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov giriş sözü ilə çıxış edərək Nəsimi sevərləri bu gözəl poeziya bayramı münasibətilə təbrik etdi. Daha sonra MKS-in direktoru Tərxan Feyziyev böyük söz ustadı Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verdi.

       Yubley tədbirində rayon Mədəniyyət Mərkəzinin, rayon Kitabxana Sisteminin, Şəhər Uşaq İncəsənət Məktəbinin, Çayrud Musiqi Məktəbinin, şəhər 1 saylı, 2 saylı və 3 saylı tam orta məktəblərinin bədii qiraətçiləri Nəsiminin qəzəllərini ifa etdilər, maraqlı musiqi nömrələri ilə çıxıç etdilər.

         Sonda bir qrup fəal oxucu MKS-in kitab hədiyyələri ilə təltif olundu.