Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
19 Fevral , 2015

Lerik Rayon Mərkəzi Kitabxana işçilərinin və rayon ziyalılarının iştirakı ilə           “20 Yanvar” faciəsinin 25-ci il dönümünə həsr olunmuş tədbir keçirildi.

 

Tədbiri giriş sözü ilə MKS-in direktoru T. Feyziyev açdı. “20 Yanvar” faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. T. Feyziyev zaman-zaman xalqımızın başına gətirilən müsübətlərdən danışdı. Bu hadisələri unudulmaz tarix, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin qəhramanlıq salnaməsi adlandırdı. O, bu faciənin baş verdiyi ilk gündən ümumilli liderimiz H.Əliyev cənablarının hadisəyə siyasi qiymət verməsindən bəhs etdi. T.Feyziyev bu faciəni törədənləri lənətlədi və eyni zamanda bu faciəni “Azadlığa gedən yol” adlandırdı.

Rayon ağsaqqallar şurasının sədri H.Vəliməmmədov çıxış edərək baş vermiş hadisəni xalqımızın başına gətirilmiş ən dəhşətli faciə adlandırdı. Tədbirdə Lerik rayon YAP-ın sədr muavini E.Rəcəbov, prezident təqaüdçüsü M.Bədəlov, Uzunömürlülər muzeyinin direktoru D.Fətullayeva çıxış edib bildirdilər ki, xalqımızın başına gələn bu müsibəti heç vaxt unutmaq olmaz və bu faciəni unutmamaq üçün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyə olunmasına nail olmaq lazımdır.

Tədbiri MKS-in direktoru T.Feyziyev yekunlaşdırdı və mərasim iştirakçılarına öz təşəkkürünü bildirdi. Bu qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasında kitabxana işçilərinin əhəmiyyətli rol oynayacağını bildirdi.