Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
21 Yanvar , 2014

Tədbirlər planına əsasən rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında, inzibati ərazi nümayəndəliklərində faciənin 24-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilir. Belə tədbirlərdən birini də lerik Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi keçirmişdir. Lerik Rayon MKS-in direktoru Tərxan Feyziyev “Milli dirçəlişimizin oyanış günü” mövzusunda məruzə etmişdir. Məruzə ətrafında MKS-in konplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Xoşavaz Feyziyeva, oxuculara xidmət şöbəsinin müdiri Eyzəngül İsayeva, MKS-in xidmət şöbəsinin işçisi Mahirə Məmmədova çıxış etmiş, faciənin səbəbkarlarını pisləmiş, Azərbaycan xalqının qəhrəmanlığının dünyaya çatdırılmasının, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunmasının, didərgin soydaşlarımızın doğma yurd-yuvalarına qayıtmasının zəruriliyini diqqətə çatdırmışlar.

Məruzəçi Tərxan Feyziyev və çıxış edənlər bildirmişlər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin qatillərdən, ermənipərəst hərbiçilərindən ibarət olan xüsusi təyinatlı ordusu Azərbaycan xalqının haqq səsini, azadlıq arzusunu boğmaq üçün bir neçə istiqamətdən Bakıya hucum etmişdir. Onların azğınlığı nəticəsində hərbiçilər hətta dinc sakinlərə də atəş açaraq onları qətlə yetirdilər. Qəhrəman qızlarımız, oğullarımız qorxmadılar, cəsarət göstərdilər ağır tanklara, artileriyaya avtomat silahlara sinə gərdilər.
Tədbirdə qeyd olundu ki, həmin faciəli günlərdə xalqın səsi hər kəsdən əvvəl səs verən Heydər Əliyev oldu. Umummilli lider 1990-cı il yanvarın 21-də, ən yaxın silahdaşı olan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyə gəldi təcavüzə kəskin etirazını bildirdi. Faciəni törədənləri, şəxsən M.Qorbaçovu ittiham etdi, qoşunların Bakıdan çıxarılması barədə bəyanat verdi. Heydər Əliyev hakimiyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək istiqamətində ciddi addımlar atdı 1994-cü il martın 29-da 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüqüqi qiymət verildi, faciənin səbəbkarlarının adları açıqlandı. Prezident Heydər Əliyevin Fərmanı ilə 20 Yanvar təcavüzü zanmanı vətən uğrunda həlak olmuş Azərbaycan vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verildi.
Yığıncaqda xüsusi olaraq diqqətə çatdırıldı ki, Azərbaycan Prezidenti İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini daim diqqət mərkəzində saxlayır, şəhid ailələrinin əlillərin social təminatı ildən-ilə artırılır.
2006-cı il yanvarın 19-da dövlət başçısı İlham Əliyevin imzaladığı Fərmanla 20 Yanvar şəhidlərinin ailələri üçün Prezident təqaüdü təyin etmişdir.
Prezidentin Sərəncamına əsasən, Şəhidlər Xiyabanı vahid kompleks kimi yenidən qurulub, abadlaşdırılıb. 20 Yanvarda hər il ölkənin bütün guşələrində, eləcə də bir sıra xarici ölkələrdə anma mərasimləri, xatirə tədbirləri həyata keçirilir
Bu gün Azərbaycan gəncliyi, vətəndaşı Qarabağ uğrunda hər cür fədakarlığa hazırdır. Onlar Ali Baş Komandanımızın dönməz mövqeyinə tərəfdardır və ali məqsədimizə çatmaq üçün sıx birləşmişlər.