Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
8 May , 2014

Lerik rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə 7 may 2014-cü il tarixdə Lerik rayon Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin və mədəniyyət işçilərinin birgə iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Tərxan Feyziyev açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi sonsuz qayğı və diqqətdən, mədəni irsimizin inkişafı istiqamətində gördüyü işlərdən danışdı. O, qeyd etdi ki, Azərbaycanda kitabxquruculuğu işi Heydər Əliyevin adı ilə bağlıdır.Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov “ Heydər Əliyev və Azərbaycan mədəniyyəti ”, MKS-in əməkdaşı Sevinc Babayeva “ Heydər Əliyev və müasir gənclik ” mövzularında məruzə ilə çıxış etdilər. “ Uzunömürlülər ” muzeyinin direktoru Dilarə Fətullayeva, rayon İncəsənət məktəbinin müəllimi Sultanağa Vəliyev, MKS-in şöbə müdiri Arzu Əzizova və respublikanın Əməkdar jurnalisti İdris Şükürlü dahi Heydər Əliyevin zəngin irsindən söhbət açdılar, Heydər Əliyev ideyalarının cənab Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladılar.

Sonda “ Heydər Əliyev: Azərbaycan mədəniyyətinin hamisi ” filminə və Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlara baxış keçirildi.