Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Haqqımızda
30 May , 2014

Lerik rayonunda kütləvi kitabxana hələ ötən əsrin ortalarından fəaliyyətə başlamışdır. İlk kütləvi kitabxana 1946-cı ildə Lerik şəhərində yaradılmışdır. 1980-cı ildə Lerik rayonunda MKS-nin yaranmasından sonra kitabxana şəbəkələrinin sayı genişlənib 74-ə çatdırılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2011-ci il tarixli “Azərbaycan Respublikasının şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidlərinin təsdiq edilməsi haqqında” qərarına uyğun olaraq rayon MKS-i 1 Mərkəzi kitabxana, 1 şəhər kitabxanası və 62 kənd kitabxana filiallarından ibarət olan şəbəkəni özünə birləşdirir. Mərkəzi rayon kitabxanası aşağıdakı strukturdan ibarətdir:

1.Xidmət şöbəsi

             Xidmət şöbəsi

 

2. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi

 

 

3. Metodika və biblioqrafiya şöbəsi

 

 

4. İnformasiya-resurs şöbəsi

 

 

5. Uşaq şöbəsi

 

 
 
6. Komplektləşdirmə və kitabişləmə şöbəsi
 
 
 
Rayon MKS-nin 01 yanvar 2014-cü il tarixə əsas göstəriciləri aşağıdakı kimidir.
1. Oxucuların sayı 23 min 270 nəfər
2. Kitab fondu 296 min 608 nüsxə
3. Kitab verilişi 398 min 460 nüsxə
4. Latın qrafikalı kitablar 89 min 400 nüsxə