Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
25 Sentyabr , 2018

                             Lənkəran Regional Mədəniyyət idarəsinə.

 

           Lerik rayon MKS-ində  21 sentyabr “Beynəlxalq Sülh gününə həsr edilmiş tədbir keçirildi. MKS-in direktoru Tərxan Feyziyev tədbiri açaraq tədbir iştirakçılarını salamladı  və 1982-ci ildən bəri bütün dünyada qeyd olunan “Sülh Günü”-nün  tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Bildirdi ki, BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarix ümumdünya atəşkəs günü kimi elan edib.

           Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”-nin çalması ilə başlayıb. Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşayın Mütləq Dünya Sülhü” sözləri yazıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Çi Mun həmin “Sülh Zəng”-ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağı və bir dəqiqəlik sukuta çağırmışdı.

           Çox təssüflər olsun ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsi olan Azərbaycan 25 ildən artıqdır ki, müharibədən əziyyət çəkir, bir miliyondan artıq vətəndaşı öz el-obasından didərgin düşüb və torpaqlarının 20 faizi erməni faşistləri tərəfindən işğal olunub.

          Ümummilli lider Heydər Əliyev  Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdanan sonra, hər şeydən əvvəl, böyük müdriklik uzaq görənliklə qan tökülməsinin qarşısını aldı.

           Azərbaycanla Ermənistan arasında atəşkəs elan olmasına baxmayaraq Ermənistan öz havadarlarının köməyi sayəsində hələ də öz işğalçılıq siyasətini davam etdirir. Bu gün güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali baş komandan İlham Əliyev də münaqişəni Sülh yolu ilə, qan tökmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür, bu yolda ölkə rəhbərliyinin ətrafında sıx birləşməyi diqqətə çatdırdı.

          Sonra çıxış edən natiqlər də insanların əminəmanlıqda yaşaması,amansız müharibələrin, hər cür zorakalığın dayandırması və insanların sülh şəraitində yaşamaq arzusunda olduğunu bildirdilər.

O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunaraq bildirdilər ki, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə apardığı siyasətin nəticəsində torpaqlarımızı hərb yolu ilə də azad etməyə qadirik, lakin sülhsevər xalq kimi bütün xalqları sülhə çağırırıq.