Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
2 İyul , 2018

Azərbaycan Polisinin 100 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirildi.

2018-07-02

Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası Milli məclisinin deputatı İqbal Məmmədovun, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə polis işçilərinin peşə bayramı gününə və Azərbaycan Polisinin 100 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər,  abidənin önünə tər güllər düzdülər.
Tədbiri giriş sözü ilə rayon polis şöbəsinin rəisi, polis polkovniki Hüseynəli Məlikov açaraq öncə tədbir iştirakçılarını salamladı və Azərbaycan Polisinin 100 illiyinə həsr olunmuş geniş məruzə ilə çıxış etdi.
Tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov, rayon prokuroru Bəhruz İbrahimov, rayon məhkəməsinin hakimi Atabəy Kiçibəyov, DTX-nin Lerik rayon şöbəsinin rəisi Mirzə Kərimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Arif  Həsənov, təqaüddə olan polis əməkdaşı Şahgəldi Əliyev çıxış polis əməkdaşlarını bayram münasibəti ilə təbrik etdilər və gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov polis əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edərək çətin və şərəfli peşələrində uğurlar arzuladı. Polis orqanlarının keçdiyi şərəfli yoldan, xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən polis orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğını diqqətə çatdırdı, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini qeyd etdi. Gündən-günə inkişaf edən respublikamızda ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polisin göstərdiyi xidmətlərdən danışdı.
Sonda rayon polis şöbəsinin bir qrup əməkdaşına rayonun ictimai asayişinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə fəal iştiraklarına görə və 02 iyul Azərbaycan Polisi Günü münasibətilə rayon icra hakimiyyətinin Fəxri Fərmanları təqdim edildi. Tədbirdə Lerik rayon MKS-inin bütün işçiləridə iştirak etmişdir.