Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
18 İyul , 2017

 

14 iyul 2017-ci il tarixində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Lerik rayon Heydər Əliyev Mərkəzində gənc mədəniyyət işçiləri arasında “ Sosial problemlərin həllində mədəniyyət amili” mövzusunda debat təşkil olundu

Tədbirdə mədəniyyət müəssələrinin 50 nəfərdən çox gənc mədəniyyət işçisi iştirak etdi. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki direktoru Asif Usubəliyev mövzu ətrafında ətraflı məlumat verdi. Debatda Mərkəzi Kitabxana sisteminin gənc əməkdaşları xüsusi fəallıqla iştirak etdilər. Sosial problemlərin –xüsusu ilə erkən nigahların aradan qaldırılması istiqamətində təkliflərini irəli sürdülər.