Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
27 Mart , 2017

Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri keçirildi

2017-03-17

Heydər Əliyev meydanında Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bayram şənliyi keçirildi. Tədbirdə Lerik Rayon MKS-inin bütün işçiləridə iştirak etdi
      Öncə rayon icra hakimiyyəti başçısı bayram münasibəti ilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış oldu.
Sonra Dədə Qorqud şənlik iştirakçılarını və rayon əhalisini müqəddəs Novruz bayramı münasibəti ilə təbrik etdi. Milli geyimli 83 yaşlı ağbirçək Xanımbacı Quliyeva və 80 yaşlı ağsaqqal Bağı Mirzəyev at üstündə bayram tonqalını alışdırmaq üçün məşəlləri Dədə Qorqudun  müşaiyyəti ilə meydana gətirdilər. Bayram tonqalı rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, ağsaqqal Bağı Mirzəyev və  ağbirçək Xanımbacı Quliyeva tərəfindən alovlandırıldı.
      Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon əhalisini təbrik etdi, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzuladı. Ötən Novruz bayramından bəri rayonda görülmüş tikinti-quruculuq işlərindən, əldə edilmiş nailiyyətlərdən danışdı. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Novruz bayramının respublikamızın bütün regionlarında təntənəli şəkildə keçirildiyini qeyd edən natiq gələn il Novruz tonqalının doğma və əzəli Qarabağ torpaqlarında alovlanmasını arzu etdi.
      Bayram tonqalı ətrafında rayon mədəniyyət mərkəzinin və kənd mədəniyyət evlərinin rəqs ansambllarının üzvləri və özfəaliyyət kollektivlərinin ifasında Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə yumoristik səhnələr, qədim xalq rəqsləri və oyunlar nümayiş etdirildi və rəngarəng musiqi nömrələri ilə zəngin konsert proqramı təqdim olundu.