Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
17 Oktyabr , 2016

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

2016-10-17

17 oktyabr 2016-cı il tarixdə rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyətin nümayəndələrinin iştirak ilə Lerik Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirildi. Tədbirdə rayon MKS-nin bütün işçiləri iştirak edirdi.
      Öncə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummili lideri Heydər Əliyevə hörmət və ehtiramlarını bildirərək Ulu Öndərin abidəsini ziyarət edib, qarşısına tər gül dəstələri qoydular.
      Rayon mədəniyyət mərkəzində davam etdirilən tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov konfrans iştirakçılarını bayram münasibəti ilə təbrik etdi və konfransın gündəliyi haqqında məlumat verdi.
      Daha sonra rayon polis şöbəsinin rəisi Hüseynəli Məlikov “Müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu”, Lerik şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Hüseynbala Əliyev “Təhsilimizə 25 ilin zirvəsindən baxış”, Gənclər və İdman  İdarəsinin rəisi Natiq İsaqov “Müstəqil Azərbaycan cəmiyyətinin qurulmasında gənclərin rolu”,  Lerik şəhər 2 nömrəli tam orta məktəbin müəlliməsi Şəhla Məmiyeva “Müstəqilliyin möhkəmləndirilməsində Azərbaycan qadınının rolu”, Lerik Rayon Veteranlar Təşkilatının sədri Hidayət Bəşirov “Müstəqilliyimiz əbədidir” mövzularında, ağsaqqal Tarverdi Ağayev çıxış edərək 25 il ərzində müstəqilliyin möhkəmlənməsi və bu illər ərzində Heydər Əliyev dühası nəticəsində qazanılan uğurlar haqqında məlumat verdilər. Bu gün Azərbaycan və onun istiqlaliyyəti üçün ən mühüm təminat faktorunun ümummilli lider Heydər Əliyevin bərqərar etdiyi güclü dövlətçilik xəttini uğurla davam etdirən yeni liderin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndərin ideyalarına sadiq qalaraq bu dövləti daha da inkişaf etdirdiyini, xalqın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün əzmkarlıqla çalışdığını vurğuladılar. Azərbaycan xalqının qəlbən inandığı və siyasətini bəyəndiyi liderinin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, ən müxtəlif sahələrdə daha böyük nailiyyətlərə imza atacağına əmin olmaqla onun siyasətini daim dəstəkləyəcəklərini bildirdilər.