Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
18 İyul , 2016

 

14-15 iyul 2016 –cı il tarixində Lerik rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatşılığı ilə “Qadın Hüquqları” mövzusunda seminar-treninq keçirildi.

 Seminar rayonun ictimai həyatında fəal iştirak edən mədəniyyət, təhsil, səhiyyə, işçilərinin, yerli bələdiyyə üzüvlərinin marifləndirilməsi üçün təşkil olunmuşdu. Treninqi Ailə, Qadın, və  Uşaq Problemləri Dövlət Komitəsinin  əməkdaşı Vəsilə Möhsümova və Almaniya Beynəlxalq Əməktaşlıq Cəmiyyəti “Cənubu Qafqazda Avropa standartlarının hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının əməkdaşı Gülər Səfərova apardılar.

İki günlük seminarda “Məişət zorakılığı və onunla necə mübarizə aparılmalı”,        “Ailədə nigah hüquqları“, “Boşanmalar və onların səbəbləri” mövzularında məruzələr edildi, diskussiyalar aparıldı. Seminar iştirakçılarına “Qadın Hüquqları” mövzusunda kitabçalar və bukletlər paylanıldı.

Maarifləndirici seminarın sonunda iştirakçılar mövzu ətrafında sualları cavablandırdılar.