Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
6 May , 2016

     6 may 2016-cı il tarixində Lerik rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçılərinin iştirakı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

      Rayon Mərkəzi Kitabxanası Sisteminin direktoru Tərxan Feyziyev tədbiri giriş sözü ilə açdı. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Heydər Əliyev Mərkəzinin direktoru Husaməddin Abbasov “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, MKS-in direktoru Tərxan Feyziyev “Heydər Əliyev və kitabxana quruculuğu işi” mövzlularında məruzələr etdilər.

     Daha sonra “Uzunömurlülər” muzeyinin direktoru Dilarə Fətullayeva, MKS-in əməkdaşı Eyzəngül İsayeva, Rəsm Qaleriyasının direktoru Mükafat Yaqubov və YAP lerik Rayon Təşkilatının sədr müavini Elman Rəcəbov ümummilli liderimiz Heydər Əliyevin mədəniyyətimizin inkişafına diqqət və qayğısından söhbət açdılar .

   Məruzə və çıxışlarda əbədiyaşar Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də uğurlu siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən ugurla davam etdirildiyi vurğulandı. Sonda” Heydər Əliyev: Azərbaycan mədəniyyətinin hamisi” filminə baxış oldu.