Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
28 Sentyabr , 2015

Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə tanınmış ictimai xadim, iki çağırış Milli Məclisin deputatı olmuş və doğma Leriki layiqincə respublikada təmsil etmiş el ağsaqqalı Miri Əhəd oğlu Qənbərovun anadan olmasının 80 illik yubileyi geniş qeyd edildi. Öncə tədbir iştirakçıları və yubliyar ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidə önünə tər güllər düzdülər.

 Daha sonra rayon mədəniyyət evinin foyesində yubliyarın həyatı və ictimai-siyasi fəaliyyətini, ümummilli lider Heydər Əliyevlə ayrı-ayrı dövrlərdə çəkilmiş fotolardan və dövlət tərəfindən Miri Qənbərova verilmiş mükafatları, təltifləri əks etdirən diplom və sənədlərdən ibarət sərgiyə baxış keçirildi.

Sonra rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova  Miri Qənbərovun keçdiyi həyat yolu, ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat verdi. Miri Qənbərovun həyat və fəaliyyətinə həsr edilmiş filmdən fraqmentlər nümayiş etdirildi.

Yubiley tədbirində  Milli Məclisin deputatları Hadı Rəcəbli,  İqbal Məmmədov,  rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və başaqları çıxış edərək Miri Qənbərov haqqında xatirələrini bölüşdülər, onun həmişə saf əqidəsi, xeyirxahlığı ilə seçildiyini, bu gün də respublikanın və rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini bildirdilər, onu həm də sadiq dost, dövlətçiliyə, ulu öndər Heydər Əliyev siyasi kursuna, elinə-obasına bağlı ağsaqqal, gözəl ailə başçısı kimi xarakterizə etdilər.

 Daha sonra ailə üzvləri adında nəvəsi çıxış edərək doğma yurdunda babasına göstərilən yüksək diqqət və ehtirama görə minnətdarlığını bildirdi.

Tədbirdə məktəblilərin ifasında yubliyara həsr edilmiş şeirlər səsləndirildi, respublikanın ayrı-ayrı bölgələrindən, tanınmış şəxslərdən daxil olmuş təbrik teleqramları oxundu. Rayon mədəniyyət mərkəzinin musiqi kollektivinin ifasında rəngarəng musiqi nömrələri təqdim olundu.

Sonda yubilyar çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, rayon icra hakimiyyəti başçısına və onu həmişə yüksək səviyyədə qarşılayan el-obasına minnətdarlığını bildirdi.

Tədbirə Lerik rayon MKS-in bütün işçiləri də qatılmışdır.