Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
19 Avqust , 2015

 

12 avqust 2015-ci il tarixdə Lerik rayon MKS-nin Mərkəzi Kitabxanasında hərbi xadim, briqada komandiri Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik münasibəti ilə tədbir keçirilmişdir. Onun keçdiyi həyat yolu və fəaliyyəti haqqında Lerik rayon MKS-in direktoru ətraflı məlumat verdi. O, çıxışında bildirdi ki, Cəmşid Naxçıvanski birinci cahan Müharibəsində müsəlmanlardan ibarət suvari eskadronun komandiri olmuş, Brusilov cəbhəsinin yarılmasında iştirak etmiş, 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdur.

T. Feyziyev bildirdi ki, Azərbaycan xalqı qəhrəman mərd oğulları ilə həmişə fəxr edir və belə mərd oğullar müasir gəncliyimiz üçün bir örnəkdir.