Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
19 May , 2015

19 may 2015-ci il tarixdə Lerik şəhərinin fəvvarə meydanında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Kitab mənəviyyat, bilik və zəka mənbəyidir” adlı kitab sərgisi və “Heydər Əliyev dühası uşaqların düşüncəsində” adlı rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirildi.

Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov sərgi haqqında məlumat verdi.

Tədbir iştirakçıları sərgidə nümayiş etdirilən kitablarla tanış oldular, ulu öndərimizə həsr olunmuş rəsm əsərlərinə baxış keçirdilər.

Mərkəzi Kitabxana Sisteminin direktoru Tərxan Feyziyev sərgidə nümayiş etdirilən ümumilli liderimizin şərəfli ömür yoluna həsr edilmiş yeni ədəbiyyatlar barədə məlumat verdi.

Rayon ictimaiyyətinin, idarə və müəssisə kollektivlərinin, məktəblilərin iştirakı ilə keçirilən sərgi xalqımızın xilaskarı olan Heydər Əliyevə el məhəbbətini bir daha bariz şəkildə göstərdi.

Sonda fəal oxuculara, bədii qiraət ustalarına və rəsm müsabiqəsi qaliblərinə diplomlar təqdim edildi.