Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
8 May , 2015

7 may 2015-ci il tarixdə İkinci Cahan müharibəsində alman faşizmi üzərində Qələbənin 70 illiyi münasibətilə bayram tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov açaraq məruzə üçün sözü rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirova verdi.

Daha sonra müharibə veteranları Daşdəmir Paşayev, Salam Cabbarov, Prezident təqaüdçüsü Musa Bədəlov çıxış edərək qanlı-qadalı müharibə illərindən söhbət açdılar.

Millət vəkili İqbal Məmmədov, rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov veteranları təbrik etdilər, onlara qiymətli hədiyyələr verdilər.

Tədbir boyu rayon mədəniyyət evinin “Bahar” ansamblının və MKS-in bədii qiraət ifaçılarının maraqlı çıxışları oldu.

Bayram şənliyində Mərkəzi Kitabxana Sisteminin kollektivi hamılıqla iştirak etdi.