Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
30 Aprel , 2015

      

Şuşa Dövlət Musiqili Dram Teatrı Lerikdə qastrol səfərində olmuşdur. Teatrın kollektivi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində xalq şairi Zəlimxan Yaqubun  “Böyük ömrün dastanı” poeması əsasında ədəbi-bədii kompozisiya ifa etmişdir.

Ulu öndərimizin şərəfli ömür yoluna həsr olunmuş kompozisiyaya rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi də hamılıqla tamaşa etmiş, böyük Heydər Əliyevə sonsuz el məhəbbətinin bir daha şahidi olmuşdur.

Tədbirin sonunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən rəsm əsərləri nümayiş etdirilmişdir.

Cəlilabad və Lerik Rayon Dövlət Rəsm Qalereyaları arasında əməkdaşlıq müqabilində Cəlilabad Dövlət Rəsm qalereyası Cəlilabad Rayon Uşaq İncəsənət məktəbinin müəllimi, peşəkar rəssam Musa Əmiraslanov və həvəskar rəssam Toğrul Əhmədzadənin əl işlərindən ibarət rəsm əsərlərini Lerik Dövlət Rəsm Qalereyasında nümayiş etdirmişdir. Musa Əmiraslanovun 48 ədəd rəngkarlıq, sulu boya və qrafika əsərləri, Toğrul Əhmədzadənin 12 ədəd rəngkarlıq əsərləri Lerik ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. Sərgi iki gün davam etmiş, 350-dən çox tamaşaçı baxmışdır.