Lerik rayon Mərkəzi kitabxanası

Lerik rayon MKS
Xəbərlər
14 Aprel , 2015

 

 

Lerik rayon MKS-ində I Avropa oyunların keçirilməsi ilə əlaqədar tədbirlər planı işlənib hazırlanmışdır. Bildiririk ki, bu oyunların qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə,  yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik olan Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Tədbirlər planına əsasən Lerik rayon MKS-i rayon Gənclər və İdman idarəsi və rayon Təhsil şöbəsi ilə əməkdaşlıq edərək, birgə iş birliyi yaratmışdır.

“I Avropa oyunların keçirilməsinin rəmzi məşəli Lerikdə”, “Azərbaycan pəhləvanlar diyarıdır”, “I Avropa oyunları Azərbaycanı dünyaya tanıdacaq”, “I Avropa oyunları uşaqların gözü ilə”, “İlk Avropa oyunları möhtəşəm idman bayramına çevriləcək” və s. mövzularda sərgi və güşələrin təşkili nəzərdə tutulmuşdur.